Şuranın dəstəyilə “Xalçaçılıq sənəti milli sərvətimizdir”

2019-05-16 15:32:05 / 1463 dəfə oxunub
"Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi "Xalçaçılıq sənəti milli sərvətimizdir” mövzusunda təlimlərin təşkili layihəsinihn icrasına start verib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.

Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Xalça Azərbaycan xalqının tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biridir. Layihənin əsas mahiyyəti bu sənətin region gəncləri arasında təbliğ edilməsi və nəsildən nəslə ötürülərək yaşadılması, davamlı olmasıdır.

Layihənin məqsədi xalçaçılıq sənətinə maraq göstərən və yiyələnmək istəyən xanımların milli-mənəvi irsimiz olan qədim xalçaçılıq sənətinin qorunması barədə maarifləndirilməsi, xalçaçılıq sənətinin yaşadılması məqsədi ilə xalça toxuma təlimlərinin təşkil edilməsi, xanımların xalçaçılıq peşəsinə yiyələnməsi və gəlir əldə etmələri məqsədi ilə təlimlərə
cəlb edilməsidir.

Qeyd edək ki, layihə Quba rayonunda 3 ay müddətində icra olunacaq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!