Hamilə qadın bıçaqlandı, bətnindəki uşaq öldü – Nazirlik məlumat yaydı

2019-05-17 10:42:54 / 2487 dəfə oxunub

Səhiyyə Nazirliyi mayın 16-da Abşeron rayonun Fatmayi kəndində hamilə qadının bıçaqlanması ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb:

Ona bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Qadın 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq zərbələrindən ölüb.

"Qadının vəziyyəti ağırdır”,-rəsmi məlumatda qeyd edilib.

Qeyd edək ki, hamilə qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!