Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü

2019-05-17 11:08:01 / 2919 dəfə oxunub
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yenidən pisləşib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova bildirib ki, Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb:

"Rəmişin müalicəsi bu gündən başlayır. Onun ağciyərində, tənəffüs sistemində problem var. Xalq artistinin müalicəsi ölkəmizdə aparılacaq. Bizim bu sahədə yaxşı həkimlərimiz var. Onlar bu müalicəni öz üzərlərinə götürüblər. Ona görə, xaricə getməyə ehtiyac olmadı. Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Allah dövlətimizi qorusun. Allah prezidentimiz İlham Əliyevə və onun xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya can sağlığı versin."

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!