Deputat radarlardan ŞİKAYƏTLƏNDİ – “Lazım olmayan yerlərdə...”

2019-05-17 14:57:12 / 2028 dəfə oxunub

"Təhlükəsizliyimizi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq”.

Modern.azxəbər verir ki, bu sözləri deputat Hikmət Babaoğlu "Yol hərəkəti qaydaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə yeni yanaşma olmalıdır:

"Təhlükəsizliyimizi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq. Məsələn, əvvəlcə qanun qəbul etmişdik ki, sürücü avtomobil idarə edərkən üzərində sürücülük vəsiqəsi yoxdursa, bu müxtəlif cərimələrin tətbiq olunmasına gətirib çıxarmırdı. Bu gün Azərbaycanda elektron hakimiyyət yaradılır. Bütün hüquqi münasibətlər elektron internet sistemi üzərindən qurulur. Belə olanda sürücünün üzərində sürücülük vəsiqəsinin olub olmamasının yol polisi üçün nə fərqi var? Onlar xüsusi vasitə ilə bunu dəqiqləşdirə bilərlər. Bu süni maneədir”.

Babaoğlu deyib ki, qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır:

"Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu hal da sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaranır. Nəticə etibari ilə təhlükəsizlik əvəzinə təhlükəli vəziyyət yaradırıq. Ona görə də bu sahədə yeni qanunlar təhlükəsizliyiə xidmət etsin”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!