Tahir Kərimli: Xalqa nə qədər “can” desək də, onlar bizə “azar” deyəcək

2019-05-17 14:05:53 / 2407 dəfə oxunub

Biz xalqa nə qədər "can” desək də, onlar bizə "azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır.

Oxu.Az-ın xəbərinə görə, bunu deputat Tahir Kərimli parlamentdəki çıxışında deyib.

Millət vəkili xatırladıb ki, Şuşa işğal olunanda, az qalahamı intihar həddinə gəlmişdi:

"Ancaq Paşinyan kimi əxlaqsız biri Şuşada nə cür hərəkət edir? Nə qədər buna dözməliyik? Kim bizə torpağımızı almağa qoymur? Açıqlansın, bilək. Fransamı, Rusiyamı, masonmu qoymur?! Nə vaxta kimi bizi təhqir edəcəklər?

Ömür boyu atasına xain çıxan erməni bizə yanıq verir. Nə qədər səbr etməliyik? Allah bu səbri bizə verməsin. Hər sahədə bizi gözdən salmaq istəyirlər. Biz də müxalifət olmuşuq. Müxalifətçiliyi də kişi kimi edərlər, özgəsinin atına minməklə etməzlər. Bizi az təhqir edin. Biz də sizin kimi Vətəni, torpağı sevirik”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!