“Görmə, eşitmə və nitq məhdudiyyətli insanlar arasında Aprel şəhidlərinin təbliği” layihəsinə start verildi

2019-05-18 20:17:51 / 2360 dəfə oxunub
"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Görmə, eşitmə və nitq məhdudiyyətli insanlar arasında Aprel şəhidlərinin təbliği” layihəsinə start verib. Layihə barəsində məlumat verən Rövşən Ağamalıyev deyib ki, əsas mahiyyət görmə, eşitmə və nitq məhdudiyyətli insanlar arasında Aprel döyüşləri zamanı həlak olan şəhidlərimiz barəsində ətraflı məlumat vermək, onları Aprel döyüşləri ilə bağlı maarifləndirmədən ibarətdir: "Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il aprelin 1-dən 4-nə qədər həyata keçirdiyi uğurlu hərbi əməliyyatdan müəyyən müddət keçməsinə baxmayaraq ordumuzun əldə etdiyi uğur hər bir azərbaycanlını sevindirir. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Tərtər rayonunda Talış yüksəklikləri, Seysulan –Qazaxlı kəndlərini, Cəbrayıl rayonunda "Lələ təpə" adlandırılan yüksəkliyi və Cocuqmərcanlı kəndlərini, Goranboy rayonunda Gülüstan kəndini bir sözlə 2000 ha ərazini düşməndən azad etdi. Beynəlxalq təşkilatların diqqətində olan bu müharibə Azərbaycan ordusunun şücaətini ortaya qoymuş oldu. Aradan müəyyən müddət keçməsinə baxmayaraq vətəndaş cəmiyyətinin ayrı-ayrı təbəqələrində Aprel döyüşləri ilə bağlı təbliğat işi həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da daim elan etdiyi qrant müsabiqələrində bu mövzunu diqqətdə saxlayır. Həyata keçirilən işlərin nəticəsidir ki, bugün vətəndaşlar arasında milli vətənpərvərlik hissi olduqca yüksək səviyyədədir. Artıq cəmiyyətin hər bir üzvü Aprel döyüşləri ilə bağlı məlumatlıdır. Həyata keçirilən təbliğat işi məktəblərdə, uşaq bağçalarında, Ali Təhsil Müəssisələrində uğurla davam etdirilsə də bugün nitq və eşitmə məhdudiyyətli insanlar və ictimayyət arasında bu təbliğat demək olar ki, aparılmır. Təşkilatın apardığı araşdırmalar zamanı məlum olub ki, görmə, nitq və eşitmə məhdudiyyəti olanlar Aprel döyüşləri ilə yanaşı bu döyüş zamanı qanından və canından keçən şəhidlərimiz barəsində məlumatsızdırlar. Təşkilat bundan öncə də Müstəqil Azərbaycanın 25 illiyi ilə bağlı sənədli filmin çəkilişini və bu filmin geniş ictimayyət arasında təbliğini həyata keçirib. Bundan əlavə təşkilat Milli Qəhrəman Ələkbər Əliyev barəsində də sənədli filmin çəkilişlərini həyata keçirib. 2017-ci ildə isə Aprel şəhidi Fəxrəddin Qurbanlı ilə bağlı qısametrajlı film hazırlanıb və filmin geniş təqdimatları keçirilib. Hazırda isə belə bir layihənin həyata keçirilməsi görmə, nitq və eşitmə məhdudiyyətli insanlarda Aprel döyüşləri ilə bağlı geniş məlumat bazasının yaranmasına gətirib çıxaracaq. Eyni zamanda bu qəbildən olan həmvətənlərimiz Aprel şəhidləri ilə bağlı geniş məlumat əldə edəcək”.

6 ay ərzində həyata keçiriləcək layihə çərçivəasində hazırlanacaq video çarxın tanıtım və geniş ictimayyət arasında təbliğatı işi də həyata keçiriləcək.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!