Rektorla bağlı ŞOK İDDİA : “Harda müxalif gördünüz tüpürün üzünə”

2019-05-20 10:00:07 / 1431 dəfə oxunub
Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı daha bir qalmaqal yaranıb.

Sabahinfo.az "Yeni Sabah”a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərdə bildirilir ki, rektor universitet tələbələri ilə birgə keçirilən tədbirdə sensasiya hesab olunacaq bir "tövsiyə” ilə çıxış edib. Onun çıxış zamanı "harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” dediyi iddia olunur.

Bu haqda məlumat dünəndən sosial şəbəkələrdə yayılıb. Rektorun belə bir fikir səsləndirməsi kəskin tənqid olunub və elm adamı hesab olunan şəxsin dilindən bu ifadənin səslənməsi biabırçılıq kimi qiymətləndirilib.

Hələlik bununla bağlı rektordan və universitetdən hər hansı bir açıqlama yoxdur.

Xatırladaq ki, N. Əliyeva bir neçə dəfə bu kimi çıxışları və həmçinin Universitetdəki idarəçiliyi ilə medianın gündəminə gəlib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!