Türk Şurasının 7-ci sammiti oktyabrda Azərbaycanda keçiriləcək

2019-05-21 10:10:33 / 1712 dəfə oxunub

Azərbaycan bu ilin oktyabrında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammitinə ev sahibliyi edəcək.

ONA-nın "Kapsamhaber”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının baş katibi Bağdad Amrayevlə görüşdə deyib. O, Özbəkistanı da bu zirvədə üzv kimi görmək istədiklərini dilə gətirib.

R.T.Ərdoğan deyib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov görüşə fəxri qonaq qismində dəvət olunacaq. Türkiyə prezidenti həmçinin Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri təyin edilməsini təklif etdiyini bildirib. Onun sözlərinə görə, təklif bütün üzv ölkələr tərəfindən dəstəklənib.


Son xəbərlər
Atambayev saxlanıldı
2019-08-08 17:45:08
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!