Rüşvətə görə işdən çıxarılan gömrük rəisi nazirin əmisi oğludur

2019-05-21 10:14:38 / 1394 dəfə oxunub
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin işdən çıxardığı "Qırmızı körpü” gömrük postunun rəisinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yaxın qohumu olduğu məlum olub.

Sabahinfo.az
unikal.org-a istinadən xəbər verir ki, gömrük postunun sabiq rəisi Rəşad Babayev S. Babayevin əmisi oğludur.

Qeyd edək ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Və bununla bağlı vəziyyət araşdırılıb və post rəisi işdən azad olunub.
Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!