Oqtay Şirəliyev İsveçrəyə müalicəyə gedib? – NAZİRLİKDƏN AÇIQLAMA

2019-05-21 17:11:49 / 1601 dəfə oxunub
Bloqer Mehman Hüseynovun İsveçrənin Cenevrədəki hava limanında səhiyyə naziri Oqtay Əsədovla qarşılaşması və şəkil çəkib sosial şəbəkədə paylaşması müzakirəyə səbəb olub. Mehman Hüseynov yazıb ki, səhiyyə naziri Oqtay Şirəliyev Avropada müalicə olunmaqdan qayıdır.

Sabahinfo.az-ın virtualaz-a istinadən xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, nazir Oqtay Şirəliyevin Avropaya müalicəyə getməsi iddiası doğru deyil.

Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb: "Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!