Azərbaycanda yeni Dəmir yolu xətti tikilir

2019-05-22 11:35:26 / 1547 dəfə oxunub
"Sürətli qatarların çəkilməsi ilə bağlı digər bölgələrdən – Quba-Qusar, Lənkərandan tələbat var".

Bakupostxəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün nəbzi” verilişində bildirib.

Onun sözlərinə görə, şimal zonasında bu infrastrukturu qurulması üçün maliyyə vəsaiti ayrılıb. Hazırda "Şahdağ” kurortuna da dəmir yolunun layihələndirilməsi başa çatdırılır.

"Lənkəranda isə torpaqalma işlərini həyata keçiririk və demək olar ki, bu işlər başa çatdırılıb, layihələndirmə işi gedir. Bu işlərdən sonra Dünya Bankından maliyyə cəlb olunması üçün işlərə başlayacağıq. Lənkəranın qoruqdan sonra olan dəniz tərəfində çox böyük turizm potensialı var", - C.Qurbanov vurğulayıb.

Onun sözlərinə görə, Rusiyaya, Yalamaya qədər olan hissəyə isə Asiya İnkişaf Bankı tərəfindən kredit ayrılıb. "Hazırda danışıqlar gedir, şirkətlərin seçilməsi ilə məşğuluq. Gələn ildən buranın inşasına başlayacağıq”, - QSC-nin sədri bildirib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!