Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur - PREZİDENTƏ MÜRACİƏT

2019-05-22 10:34:14 / 1543 dəfə oxunub
Zərdab rayonunun bir qrup sakini ölkə rəhbərliyinə açıq məktub ünvanlayıblar.

"Yeni Sabah” xəbər verir ki, sakinlər rayonda baş verən qanunsuzluqlar və icra başçısı ilə bağlı şikayətlərini dilə gətiriblər.

Müraciətdə bildirilir ki, 12 ildir, Zərdabın icra başçısı vəzifəsində olan Babayevin fəaliyyəti nəticəsində rayonun hansı vəziyyətə düşdüyünü aydın görmək olar. "Bütün idarə, müəssisə işçilərinin əmək haqqısından hər ay pul tutulub Lütvəli Babayevə verilir. Hər bir məktəbdən ayda 1000 manat pul yığılır. Hər bir müəllim maaşından direktora verir ki, icra başçısına verilsin. "DOST” MMC-nin xətti ilə rayon sakinlərinin adı işə yazdırılıb maaş kartlarının çox hissəsini Lütvəli Babayev cibinə qoyub. Şəhərin mərkəzini zibilliklər basıb, kanalizasiya sistemi tam bərbad, mərkəzi küçə yolları istifadəyə yararsız halda, bazarda, küçələrdə antisanitariya hökm sürür”.

Müraciət müəllifləri qeyd ediblər ki, abadlıq-quruculuq işlərinə görə Zərdab rayonu digər rayonlarla müqayisə olunası deyil, heç bir iş görülməyib: "Lütvəli Babayevin tam savadsız olmasını nəinki bütün zərdablılar, hətta bütün Azərbaycan əhalisi bilir. Onun kənd yolu ilə gələn zaman özgəsinin hind quşlarını tutması, yığıncaqda Qarabağa aid məlum savadsız çıxışını (youtubda var), mərhum qadının qəbrinə baxıb şəkildən həzz almasını, aprel şəhidinin ailəsinə verilmiş 500 manat pulu onların əlindən almasını, vətəndaşların mülkiyyətini başqa imkanlı şəxslərə saxta sənədlərlə satmasını, qəbul zamanı vətəndaşlarla kobud rəftar edib onları ələ salmasını ölkə mətbuatında hamı oxuyub.

Bu adam necə özünə arxayındır ki, yığıncaqların birində deyib, razılıq alınıb yaxın gönlərdə qonşu Ucar rayonuna icra başçısı vəzifəsinə təyin olunacam, ancaq buna baxmayarq Zərdabı da mən idarə edəcəm.

Biz zərdablılar inanırıq ki, prezident cənab İlham Əliyev yaranmış bu xoşagəlməz vəziyyəti özü şəxsən araşdırıb insanlara zülm verən, talançılıqla məşğul olan və savadı olmayan Lütvəli Babayevin barəsində ciddi tədbirlər görəcək”.

Məktubu imzalayanlar:

Abdullayev Rasim Tapdıq oğlu

Əliyev Famil Ağayusif oğlu

Ağayeva Səmayə Xalis qızı

Qəhrəmanova Fatma Kamal qızı

Səmədov Ramil Fəyyaz oğlu

Quliyev Bəturə Osman qızı

Babayeva Güllü Ağamusa qızı

Dadaşov Bəxtiyar Zeynal oğlu

Talıbova Təhminə Nəriman qızı

Musayev Əli Mövsüm oğlu

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!