Bakı-Qəbələ qatarı nə vaxt istifadəyə veriləcək?

2019-05-22 10:39:34 / 1535 dəfə oxunub
"Gələn ilin yay aylarından sərnişinlər Bakıdan Qəbələyə sürət qatarı ilə gedə biləcəklər".

Bakupost xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün nəbzi” verilişində deyib.

"Artıq Ləki stansiyasında başlayaraq 45 km-lik yolun yarısının çəkilişi həyata keçirilib. Bu ilin sonuna torpaq yatağı işləri tam başa çatdırılacaq. Gələn ilin yayına dəmir yolu ilə Qəbələyə getmək mümkün olacaq. Bakıdan Qəbələyə kimi 280 km uzunluğu olan yolu sərnişinlər 2,5 - 3 saata rahat vaqonlarla qət edə biləcəklər”, - C.Qurbanov vurğulayıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!