Ölkənin sabiq NAZİRLƏRİ bir arada – “Range Rover”də 4 nəfər...

2019-05-22 16:40:32 / 3215 dəfə oxunub
Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər.

Sabahinfo.az Lent.az-a istinadən xəbər verir ki, eks-nazirlər - Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov və keçmiş hərbi komissar Əliağa Hüseynov "Range Rover" markalı maşınla "Heydər Məscidi”nə hüzr mərasiminə gələrkən kameraların hədəfinə tuş gəliblər.

Onların ardınca Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov da "Mercedes Vito” markalı avtomobillə hüzr mərasiminə gəlib.

Qeyd edək ki, Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Əliağa Hüseynov Milli Məclisin deputatı, Abel Məhərrəmov isə BDU-nun "Üzvi kimya" kafedrasının rəhbəri kimi fəaliyyət göstərir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!