ŞOK İDDİA: İsgəndər Həmidov Bakıda aksiyaya hazırlaşan onlarla şəxsə pul paylayıb - HƏBS EDİLƏ BİLƏR

2019-05-22 15:50:22 / 952 dəfə oxunub
Mayın 19-da müalicə almaq məqsədiylə xaricə getdiyi bildirilən Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovu ölkəyə dönəcəyi təqdirdə həbs olunmaq təhlükəsi gözləyir.

Bu barədə xəbəri strateq.az saytı özünün hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yazıb. Sayt bildirir ki, keçmiş nazirin Azərbaycan Xalq Hərəkatının üzvlərinə mayın 25-də icazəsiz aksiyaya getmək göstərişi və pul verdiyi haqda informasiyanın yoxlanması ilə bağlı keçirilən zəruri əməliyyat tədbirləri zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onlarla şəxs saxlanılıb.

İlkin dindirmə zamanı müəyyən edilib ki, İsgəndər Həmidov ölkənin mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etmək ərəfəsində ictimai diqqətin paytaxt Bakıya fokuslandığını nəzərə alaraq, yaxın ətrafına, eləcə də bəzi AXH üzvlərinə mayın 25-də və mayın 28-də icazəsiz aksiyalara getmək barədə göstəriş və pul verib. Dindirməyə cəlb edilmiş 10-larla şəxs pul və icazəsiz aksiyaya getmək barədə göstərişi birbaşa İgəndər Həmidovdan aldıqlarını artıq etiraf ediblər.

Saytın iddiasına görə, keçmiş nazirin müayinə və müalicə adıyla ölkədən çıxışı da planlı olub və bu, qanunsuz aksiyalara cəhd ediləcəyi zaman əsas təşkilatçı kimi məsuliyyətdən yayınmağa hesablanıb.

Gözlənilir ki, İsgəndər Həmidov ölkəyə dönəcəyi təqdirdə bu faktlara görə həbs olunaraq məsuliyyətə cəlb edilsin.
Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!