Fərid Şəfiyev ikili standartlardan yazdı

2019-05-23 10:28:18 / 4093 dəfə oxunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Avropa Liqasının Bakıdakı final oyunu haqqında fikirlərini bölüşüb. SABAHİNFO.AZ onun fikirlərini olduğu kimi siz oxuculara çatdırır:

"Avropa Liqasının Çelsi və Arsenal komandaları arasında Bakıda keçiriləcək qarşıdan gələn final oyunu ərəfəsində Avropa mətbuatı, xüsusilə Britaniya kütləvi informasiya vasitələri UEFA-nın belə uzaq məkanı seçmək qərarını kəskin şəkildə tənqid etdilər. Təəccüblüdür ki, adətən bütöv Avropa ideyasını müdafiə edən əsas Britaniya kütləvi informasiya vasitələri də oyunun keçirilmə yerini tənqid edənlərin sırasına qoşuldular.

Vaxtilə Avropanın siyasi səhnəsində sağdan sola müxtəlif meyilli qruplarında Avropamərkəzli qatı miliyyətçi yanaşmanın olduqca dərin əsaslarının mövcudluğu haqqında yazmışdım (news.az: Eurovision versus Euro-Jingoism, 24.05.2011). Azərbaycanlı ifaçılar Avroviziya mahnı müsabiqəsində 2011-ci ildə qalib gələndə bir çox Avropa qəzetləri Avropanın coğrafi hüdudları haqqında suallar ortaya atmışdılar. Bir neçə gün öncə isə İsraildə keçirilən Avroviziyanın finalı Avropa mədəniyyətinin sərhədlərinin genişliyini nümayiş etdirdi.

Bir müddət əvvəl Brexit kimi hadisənin qitədə doğurduğu narahatlıq vaxtında Avropanın birləşdirici ideyasına əsaslanaraq UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi haqqında qərar verdi.

2012-ci ildə İspaniyanın iki komandası Atletiko Madrid və Atletik Bilbao final oyunu üçün Buxarestə səfər etmişdi - Bu Londondan Bakıya 6 saatlıq uçuş deyildi, lakin 4 saat olaraq elə də daha qısa məsafə deyildi, halbuki o zaman da daha yaxın məsafədə olan haradasa İspaniyada daha əlverişli hesab ediləcək bir yerdə oyun ola bilərdi.

Avropanın siyasi coğrafiyası genişləndikcə UEFA da bu trendi izləməyə çalışdı - Avopanın siyasi genişlənməsinin hamar keçməməsinə baxmayaraq, Çempionlar Liqası və Avropa final oyunları Ukrayna və Türkiyədə keçirilmişdi. Bununla belə, idman parçalayan yox, birləşdirici missiyasını daşıyır, ona görə də idman parçalamamalı əksinə birləşdirməlidir.

Qeyd edək ki, "Arsenal" Ermənistan və Azərbaycan arasında davam edən münaqişəni bəhanə gətirərək erməni əsilli futbolçusu Henrih Mxitaryanın təhlükəsizliyi ilə bağlı narahatlığını dilə gətirdi. Əslində, erməni idmançıları keçmişdə dəfələrlə, o cümlədən 2015-ci ildə keçirilmiş ilk Avropa oyunları zamanı Azərbaycana səfər ediblər. Azərbaycan Mxitaryanın təhlükəsizliyi üçün UEFA-ya müvafiq təminat verdi. Britaniya mətbuatında davam edən problemlə əlaqədar hay-küy Azərbaycanda ölkəyə qarşı qərəzli mövqeyin növbəti nümunəsi kimi qəbul edilir.

Xatırladaq ki, 1994-cü ildə ölkədə fəaliyyətə başlamasından indiyə qədər hər il BP şirkətinin yüzlərlə əməkdaşları Azərbaycanı ziyarət edirlər, burada yaşayırlar və heç bir təhlükəsizlik problemləri ilə rastlaşmayıblar.
Avropa Liqasının 2019-cu ildə Bakıda keçiriləcək oyunu əleyhinə Britaniya informasiya məkanında aparılan kampaniya zorbalığa bənzəyir. Kampaniyanın iştirakçıları sıralarında nüfüzlu media nümayəndələrini görmək təəssüf hissi doğurur".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!