İqbal Ağazadə 165 min manatını mənimsəyən şəxsi bağışladı - “HƏBS EDİLMƏSİN”

2019-05-23 11:27:14 / 555 dəfə oxunub
Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadənin pulunu mənimsəməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Sərməs Tağıyevin məhkəməsi bitib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Aslanovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, İqbal Ağazadə Dərman Tağıyevi bağışlayıb.

Sabiq deputat məhkəməyə göndərdiyi barışıq ərizəsində bildirib ki, 3 uşağının olması, yoldaşının xəstə olması nəzərə alınaraq Dərman Tağıyevə həbs cəzası verilməsin.Sərmas Tağıyev son sözündə əməlindən peşman olduğunu deyib.

Hakimlər kollegiyasının hökmü ilə S.Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Sərməs Tağıyev barəsində Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

S.Tağıyev iş görmək adı ilə ayrı-ayrı şəxslərə qarşı dələduzluq edib. Zərərçəkmişlərdən biri də İ.Ağazadədir. Təqsirləndirilən şəxs partiya sədrinin 165 min manatını mənimsəmişdi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!