Yevlaxda tələbələri aparan mikroavtobus qəzaya düşdü - 2 ölü, 22 yaralı - YENİLƏNİB

2019-05-23 10:19:13 / 2313 dəfə oxunub

Yevlaxda baş verən yol qəzasında 22nəfər xəsarət alıb.

Sabahinfo.az ONA-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfərhadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. Ölənlərin hər ikisi qadındır. Onlar - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadəvə Səadət Məzahir qızıMusayevadır.

Yaralılardan 19 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir.

***
Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb.

Sabahinfo.az ONA-ya istinadən xəbər verir ki, Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib.

Ümumilikdə isə qəza nəticəsində bir nəfərin hadisə yerində dünyasını dəyişdiyi, daha 7 nəfərin yaralı halda Yevlax xəstəxanasına, 3 nəfərinsə Mingəçevir xəstəxanasına çatdırıldığı məlumdur.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!