Rusiya XİN-dən Dağlıq Qarabağla bağlı AÇIQLAMA

2019-05-23 15:40:41 / 1700 dəfə oxunub
ATƏT Minsk qrupunun həmsədrləri mayın sonunda regiona səfəri zamanı əsirlərlə bağlı məsələ üzrə təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək.

Sabahinfo.az xəbər verir ki, bunu Trend-ə nazir Sergey Lavrovun "münaqişə zonalarında etimad mühitinin qurulması vasitəsi kimi əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi" və bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına proyeksiyası barədə bəyanatı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Nazirlikdən xatırladıblar ki, 2010-cu ilin oktyabrında Həştərxanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü zamanı hərbi sahədə etimad tədbirlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub:

"Bu məqsədlə ATƏT Minsk qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşma əldə olunmuşdu. Bakı və Yerevan gələcəkdə bu yanaşmanı rəhbər tutmaq barədə razılıq əldə ediblər. Hesab edirik ki, bu razılaşma öz aktuallığını qoruyur. Əsirlərin dəyişdirilməsi ilə bağlə məşvərətlər davam edir".

Rusiya XİN-dən bildiriblər ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Moskvada keçirilmiş görüş zamanı, tərəflərin ərazilərində girovluqda olan şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində onları qohumlarının qarşılıqlı əsasda ziyarət etməsi ilə bağlı tədbirlər görmək üçün hazır olduqlarını təsdiq ediblər:

"ATƏT Minsk qrupunun həmsədrləri bununla bağlı müvafiq təkliflər hazırlayıb və bu təklifləri bu ayın sonunda tərəflərə təqdim edəcək".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!