ŞAMAXIDA İFTAR SÜFRƏSİ

2019-05-27 17:13:37 / 1454 dəfə oxunub

yunun 26-da Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində dindarlar üçün iftar süfrəsi açılıb. Qeyd edək ki, ənənəyə uyğun olaraq artıq doqquzuncu ildir ki, millət vəkili Elxan Süleymanovun adından Şamaxı şəhərində və rayonun kəndlərində iftar süfrələri açılır. Şamaxı şəhərindəki Cümə məscidində açılan bu dəfəki iftar süfrəsində  rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, idarə və təşkilat rəhbərləri, Şamaxı rayonunun dindarları olmaqla 250 nəfər iştirak edib. İftardan öncə Ramazan ayının əhəmiyyəti ilə bağlı söhbətlər olub, torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!