Texnologiyadan istifadə et, asılı olma!

2019-05-29 18:18:51 / 1559 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və"Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin təşkilatçılığı ilə"Uşaqların internet informasiya resurslarından düzgün istifadəsi ilə bağlı tədbirlərin təşkililayihəsinin icrasına start verilibdir. Layihə çərçivəsində növbəti tədbir 29 may 2019 tarixində Bakı şəhərinin 5 və Abşeron rayonunun isə 149 saylı orta məktəbindəhəyata keçirilibdir.

Sabahinfo.az xəbər verir ki, tədbirdə açılış çıxışı edən"Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin əməkdaşı İsmət Əmirahovlayihənin məqsədi ve hədəfləri haqqında danışaraq qeyd etti ki,internetin və texnologiyanın insan həyatına gətirdiyi saysız-hesabsız faydaları var. Lakin hər kəs texnologiyadan düzgün istifadə edə bilmir. Dünya üzərində aparılan araşdırmalar göstərir ki, 6-15 yaş arasındakı uşaqların 79,5 %-i internetdən oyun oynamaq və əylənmək məqsədi ilə istifadə edir. Bu isə onların internet aludəçiliyi deyilən sindromla üzləşdiklərindən xəbər verir.

Təlimçi Şəbnəm Əliyeva çıxış edərək aludəçiliyin fəsadları, internet və texnologiya aludəçiliyinin insan psixologiyasına mənfi təsirləri, informasıya texnologiyalarından düzgün istifadə qaydaları, sosial şəbəkələrdən şüurlu istifadənin yolları, informasıya texnalogiyalarından və internetdən istifadə zamanı vaxtın düzgün idarə olunması və internetdən milli dəyərlərimizin düzgün təbliğat vasitəsi kimi istifadə olunmasımövzularında iştirakçılaraətraflı məlumat verib.

Tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış "Texnologiyadan ehtiyacın qədər istifadə et” kitapçası, buklet, qələm və bloknot hədiyyə edilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!