UEFA final oyunu zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirdilər" - Oqtay Əsədov

2019-05-30 13:10:53 / 1086 dəfə oxunub
"UEFA Avropa Liqasının final oyunu zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirdilər. Xaricdə belə oyunlar zamanı toqquşmalar yaranır. Şükürlər olsun, bu oyun Azərbaycanda yüksək səviyyədə keçirildi”.

Bakupost xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O, bu tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, belə tədbirlər zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirirlər: "Mən onlara təşəkkür edirəm”.

Deputat Çingiz Qənizadə də başda polis olmaqla oyun zamanı təhlükəsizlik tədbirləri həyata keçirən şəxslərin hamısına minnətdarlığını bildirib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!