DİN-dən “Xaş–xaş 2019” ƏMƏLİYYATI

2019-05-30 10:53:34 / 415 dəfə oxunub
Şəki şəhərində 200 ədəd çətənə kolu məhv edilib.

Axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif yerlərində 200 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Həmin narkotik bitkilər yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!