Deputat “Binə” və “Sədərək”in sahiblərini ittiham etdi

2019-05-30 15:01:28 / 417 dəfə oxunub

"Binə” və "Sədərək” ticarət mərkəzlərində 7-8 min mağaza mövcuddur. Bu şəbəkə təxminən 30 minə yaxın vətəndaşı, işçini əhatə edir”.

Bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputatbildirib ki, bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə məxsusdur.

"Bu ona bənzəyir ki, bina tikilir verilir sakinə, sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan. Həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. Lakin əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər.

Onlar yalnız icarə hüququ əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir”.(modern.az)


Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!