İnternetə deyil, həyata bağlan!

2019-05-31 18:34:15 / 3438 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və"Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin təşkilatçılığı ilə"Uşaqların internet informasiya resurslarından düzgün istifadəsi ilə bağlı tədbirlərin təşkililayihəsinin icrasına start verilmişdir. Layihə çərçivəsində növbəti tədbir 30 may 2019-cu il tarixində Bakı şəhərinin 55 və 266 saylı orta məktəbindəhəyata keçirilib.

Sabahinfo.az xəbər verir ki, tədbirdə açılış çıxışı edən"Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin əməkdaşı İsmət Əmirahovlayihənin məqsədi ve hədəfləri haqqında danışaraq qeyd etti ki, bu layihədə əsas məqsədimiz,uşaqlara internet resuslarından düzgün və səmərəli istifadə qaydalarını öyrətmək, informasiya texologiyalarındanölçüsüz və səmərəsiz istifadənin təhlükələri haqqında onlara məlumat verməkdir.

Təlimçi Şəbnəm Əliyeva çıxış edərəkinternetin və texnologiyanın insan həyatına gətirdiyi saysız-hesabsız faydalarından bəhs etdikdən sonrainternet və texnologiya aludəçiliyinin insan psixologiyasına mənfi təsirləri, informasıya texnologiyalarından düzgün istifadə qaydaları, sosial şəbəkələrdən şüurlu istifadənin yolları, informasıya texnologiyalarından və internetdən istifadə zamanı vaxtın düzgün idarə olunması və internetdən milli dəyərlərimizin düzgün təbliğat vasitəsi kimi istifadə olunmasımövzularında iştirakçılaraətraflı məlumat verib.

Tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış "Texnologiyadan ehtiyacın qədər istifadə et” kitapçası, buklet, qələm və bloknot hədiyyə edilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!