Yanan binaya görə həbs edilən şirkət rəhbəri azadlıqda

2019-06-03 12:39:54 / 2637 dəfə oxunub

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov azadlığa çıxıb.

Oxu.Azxəbər verir ki, M.Mahmudov barəsində hüquqi tənzimləmə tətbiq edilərək, cəzadan şərti olaraq azadlığa buraxılıb.

M.Mahmudov azadlığa çıxdıqdan sonra əmlakın üzərinə qoyulan həbsin götürülməsi üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. Məhkəmə şikayəti təmin edib və hökm xüsusi müsadirə hissəsində ləğv olunub.

Onun barəsində qərar qəbul edilərkən 2017-ci ildə oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər əsas götürülüb. Belə ki, həmin dəyişikliyə əsasən, M. Mahmudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanskiya dairəsi azaldılıb.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!