Uşağını baxıcıya verib qaçan qadın tapıldı - Atası aliment vermirmiş

2019-06-03 11:59:22 / 512 dəfə oxunub

Azərbaycanda azyaşlı uşağını baxıcı yanına qoyub gedən qadın tapılıb.

Bu barədəOxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, azyaşlının anası polis bölməsinə gedərək izahat yazıb:

"O bildirib ki, iki ildir həyat yoldaşından ayrılıb və atası uşağa aliment vermir. Bu səbəbdən işləməyə məcbur olduğu üçün uşağı baxıcı yanına qoyub gedib”.

Kəmalə Ağazadə bildirib ki, uşaq hələ anasına verilməyib:

"Azyaşlı ilə bağlı profilaktik işlər aparılır. Uşaq İcra Hakimiyyətinin qəyyumluq komissiyasına veriləcək. Onlar uşağın anaya verilib-verilməməsi barədə qərar qəbul edəcəklər”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!