Bərdədə polis polisi güllələdi - YENİLƏNİB

2019-06-03 14:53:23 / 2635 dəfə oxunub
Bərdə rayon Polis Şöbəsinin əməkdaşı həmkarını güllələyib. Hadisə mayın 31-dən iyunun 1-nə keçən gecə baş verib.

Şöbənin Post Patrul Xidmətinin əməkdaşı, polis serjantı 1991-ci il təvəllüdlü Məmməd Məmmədzadə xidməti başa vurduqdan sonra silahını təhvil verərkən "Makarov” markalı silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində növbətçi köməkçisi, serjant Fərid Mehdiyevi vurub. F.Mehdiyev qolundan yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bərdə RPŞ-dən bildirilib ki, hadisə ilə bağlı onlar heç bir məlumat verə bilməzlər. (qafqazinfo)
**
1 iyun
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı ehtiyatsızlıq nəticəsində özünü güllələyib.

BakuPostxəbər verir ki, rayon sakini Fərid Mehtiyev açdığı atəşlə özünə sol qolundan xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib.

F.Mehtiyev Bərdə Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşdır.

Faktla bağlı aşdırma aparılır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!