Bağçada uşağı təhqir edən tərbiyəçi qovuldu, müdirə töhmət verildi - RƏSMİ

2019-06-03 17:33:09 / 578 dəfə oxunub

Bakının Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən 331 saylı uşaq bağçasında qeydə alınan video geniş müzakirələrə səbəb olub. Videonun rezonans doğurmasının səbəbi müəllimə tərəfindən çəkilməsi və valideynlərin "WhatsApp" qrupuna səhvən atılmasıdır. Videoda müəllimənin şəkil çəkməsinə mane olan qızcığaz təhqir olunur.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindənModern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaq bağçasında müəllimənin uşaqları təhqir etməsini əks etdirən video yayıldıqdan sonra məsələ araşdırılıb:

"Hadisədən sonra Zığ qəsəbəsi 331 saylı bağçada 3 ildir çalışan tərbiyəçi Lalə Novruzova işdən azad olunub. Bağçanın müdirinə töhmət verilib”.




Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!