Orta məktəbdə work-shop keçirilib

2019-05-16 11:34:06 / 744 dəfə oxunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) birgə təşkilatçılığı ilə həyata keçirilən "Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında Cinsi və Gender əsaslı Zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində 16 may 2019-cu ildə,  Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 81 saylı orta məktəbdə work-shop keçirilib.

Tədbir layihə koordinatoru Lyudmila Xəlilova ilə Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən keçirilib.

Təlimdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayon şöbəsinin müdiri Tural Qasımov, Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova, eyni zamanda Xocalı, Füzuli və Zəngilan rayonlarından olan 35 nəfər məcburi köçkün qadın iştirak edib. Tədbir iştirakçılarına 10 oktyabr 2010-cu ildə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun  2010-cu ildə qəbul olunmuş "Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi, qadın hüquqları, gender bərabərliyi, erkən nikahlar haqqında ətraflı məlumatlar verilib.

Tədbir zamanı iştirakçılara Komitənin və GİZ-in birgə nəşri olan "Qadın hüquqları üzrə bələdçi” kitabı,  Komitənin nəşri olan "Əlilliyi olan qadınlar üçün sağlamlıq haqqında” stolüstü kitab, Komitə ilə UNHCR–ın birgə çap etdiyi "Məişət zorakılığının qarşısını alaq” adlı kitabça və  "Qadın alveri” adlı bukleti paylanılıb.

Tədbirin müzakirə bölməsində iştirakçılar Komitə nümayəndəsi və Layihə rəhbərindən onları maraqlandıran müxtəlif suallara ətraflı cavab aldı, qarşılaşdıqları problemlərin həll olunması üçün zəruri olan addımlar, müraciət etməkləri gərəkən qurum və təşkilatlar haqqında geniş şəkildə məlumatlandırıldılar.

 


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!