Ər xəstəxanada arvadının boğazını kəsdi - Bakıda

2019-06-10 11:40:36 / 1111 dəfə oxunub

Bakıda xəstəxanada həyat yoldaşının boğazını kəsən şəxs saxlanılıb.

Sabahinfo.az-ın Trend-ə istinadənməlumatına görə, hadisə bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimovla xəstəxananın həyətində mübahisə edib.

Mübahisə nəticəsində F.İbrahimov üzərində gətirdiyi bıçaqla X.İbrahimovanın boğazını kəsib.

Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən F.İbrahimov könüllü olaraq polis bölməsinə gedərək hadisəni etiraf edib. F.İbrahimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!