Azərbaycanda oğlunun hərəkətinə görə kişiyə qadın paltarı geyindirdilər

2019-06-10 14:48:03 / 1086 dəfə oxunub

Zərdab rayonunda 50 yaşlı kişi oğlunun hərəkətinə görə alçaldılıb.

Bu barədə Report saytı məlumat yayıb.

Bildirilir ki, hadisə rayonun Körpükənd kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri 33 yaşlı R.Babayev, 42 yaşlı Z.Əhmədov, 44 yaşlı T.Babayev və 25 yaşlı H.Həsənzadə həmkəndliləri olan 50 yaşlı M.Kərimovu kəndin mərkəzinə çağırıb.

Orada ona "sənin oğlun bizim qadın qohumumuzun telefon nömrəsini qonşu kənddən olan kişiyə verib” deyərək M.Kərimovun əyninə zorla qadın paltarı geyindirib və başına yaylıq bağlayıblar.

M.Kərimovun oğlunun (onun 26 yaşı var) nömrə verdiyi deyilən şəxs isə 29 yaşlı R.Zeynalovdur. Hadisə zamanı onun avtomobili kənddə olub. Qəzəbli şəxslər onun avtomobilini aşırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni saxlayıb, fakt üzrə araşdırma aparılır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!