Yeniyetmə qızı zorlayan 40 yaşlı kişi saxlanılıb

2019-06-10 12:30:26 / 1347 dəfə oxunub

Gürcüstanın Lqodexi rayonun Qabal kəndində 16 yaşlı azərbaycanlı qızı zorlamaqda ittiham olunan 1979-cu il təvəllüdlü kişi saxlanılıb.

Sabahinfo.az "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 40 yaşlı İ.B. adlı azərbaycanlı kişi 2018-ci ilin sentyabrında 16 yaşlı qızla cinsi əlaqədə olub. Yeniyetmə bu ilin mayında uşaq dünyaya gətirib.

Aparılan genetik ekspertiza nəticəsində 40 yaşlı kişinin həmin uşağın atası olması müəyyən edilib.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb. Onu 10 ildən 13 ilədək müddətə həbs cəzası gözləyir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!