Oğlunu döyən atanı tutdular - RƏSMİ

2019-06-11 12:22:28 / 945 dəfə oxunub

Gəncə şəhər prokurorluğundan verilən məlumata görə,azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib.

Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin(ad, soyad şərtidir)atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin "102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma zamanı dərhal hadisə yerinə baxış keçirilmiş, hadisənin şahidlərinin izahatları alınmış və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.


Fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!