Xəstəxanadakı tükürpədən qətlin təfərrüatı: Qısqanclıq üstündə olub

2019-06-11 11:17:59 / 382 dəfə oxunub

İyunun 10-da Bakıda xəstəxanada törədilmiş qətlin bəzi təfərrüatı məlum olub.

Yasamal rayon ProkurorluğundanOxu.Az-a verilən məlumata görə, qətlə yetirilmiş 41 yaşlı İbrahimova Xavər Arif qızı Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində qeydiyyatçı işləyib.

Qeyd edək ki, bazar ertəsi 09:10 radələrində Şərifzadə küçəsində yerləşən adıçəkilən müəssisənin həyətində 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu vətəndaş nikahında olduğu həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının sinə və boğaz nayihəsinə iki bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən keçinib.

Aparılan cinayət-axtarış tədbirləri nəticəsində həmin şəxs 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin dindirilməsi zamanı saxlanılan şəxs son zamanlar onu qısqandığını etiraf edib. İyunun 10-da əlinə bıçaq alaraq, qadını Elmi Cərrahiyə Mərkəzinin həyətində gözləyib, onu görən kimi hücum edərək, boğazını kəsib.

Fakt üzrə qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

Qeyd edək ki, iyunun əvvəlindən bəri Bakıda altı qətl hadisəsi qeydə alınıb.


Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!