Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib

2019-06-11 17:58:31 / 2374 dəfə oxunub

"Jurnalist Fuad Abbasovun Rusiyadan baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla hər gün əlaqə saxlayırlar".

Sabahinfo.az-ın məlumatına görə, bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.

Məlumata görə,iyunun 11-də səfirliyin əməkdaşları F.Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb: "Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək.

Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!