QURTULUŞUMUZ TARİXİ QƏLƏBƏLƏRİMİZİN BAŞLANĞICIDIR

2019-06-14 14:01:21 / 6077 dəfə oxunub

Müstəqil Azərbaycanın bəlli tarixini göz önünə gətirəndə yaşanan illərin hər birində, necə deyərlər, hər bir səhifəsində xalqımızın xarüqələr yaratdığını, sınaqlardan keçdiyini, qələbə əzmini aydın şəkildə görmək olur. Təbii ki, xalq təkcə baş verənlərə deyil, həm də baş vermiş hadisələri, prosesləri dəyərləndirmək, onu öz yaddaşına yazmaq və tarixinə köçürmək imkanlarını həmişə nəzarətdə saxlayıb. Ona görə də Azərbaycan tarixini vərəqləyəndə birmənalı şəkildə, həm də xronoloji ardıcıllıqla biz nələrdən keçdiyimizi aydın şəkildə görə bilirik. Bax, bu günün özündə də həmin o prosedur öz mahiyyətini özəlliyini qoruyub saxlayır.

Ölkə həyatının tarix baxımından əlamətdar olan təqvimini göz önünə gətirəndə dərhal diqqətimizi çəkən məqamlardan biri, yəni tarix kitablarına qırmızı hərflə yazılan 15 iyunu qürur hissiylə anırıq. Çox da uzaq olmayan bu tarix bir kino lenti kimi gözlərimiz önündə canlanır. Yəni canlı şahidləri, proseslərin iştirakçısı olan bizlər həmin qurtuluş adına yenidən dönürük. Elə bil ki, nəfəsimizin daraldığı, ümidimizin tükəndiyi, nə edəcəyimizi bilmədiyimiz hən gün ümummilli liderimiz, Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev Azərbaycanın xilaskarı kimi ən ağır missiyanı öz üzərinə götürdü. Onun atdığı addım bütün Azərbaycanı xilas etdi. Biz məhz Ulu öndərimizin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində hər birimizi gözləyən fəlakətdən, səfalətdən, parçalanmaqdan, tarix səhifəsindən silinməkdən qurtulduq. Bu qurtuluşun memarı da, müəllifi də, onun sərkərdəsi də xalqın tələbiylə yenidən hakimiyyət sükanı arxasına keçən ümummilli liderimiz Heydər Əliyev oldu.

Bu gün hadisələrin xronologiyasını yaddaşımızda təzələyəndə bir daha görürük ki, acınacaqlı bir durumda olanAzərbaycan məhz Ulu öndərin uğurlu, siyasəti nəticəsində həm iqtisadi, həm də siyasi uğurların bünövrəsini qoydu. Qısa bir zaman içərisində gerçəkləşdirilən islahatlar ölkənin aqrar sahəsi ilə yanaşı, sənaye, təhsil, mədəniyyət, tikinti sahələrini də inkişafa istiqamətləndirdi. İmzalanan neft kontraktları, həyata keçirilən torpaq islahatı insanların rifah halının yaxşılaşmasına, abadlığın, yenidənqurmanın sürətlənməsinə təkan verdi. Azərbaycanın iqtisadi coğrafiyasında baş verən bu uğurlar onun şəhər və kəndlərinin görkəminin də müsbət mənada dəyişməsinə meydan açdı.

Bəli, Ümummilli liderimizin xalqı, ölkəni xilas etdiyi həmin o tarixi gündən sonra hər bir Azərbaycan insanı özünə inama, özünəgüvəncə qayıtdı. Bu işdə hər birimizin prezidenti olan, Ulu öndərimizin layiqli varisi və davamçısı ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli qərarları, tapşırıq və göstərişləri mühüm rol oynadı. Biz bir vətəndaş olaraq gördük və inandıq ki, Azərbaycanın lider dövlətinə çevrilib. İndi ölkəmizin səsi bütün beynəlxalq təşkilatlarda qətiyyərli və inamlı şəkildə dinlənilir və qarşılanır. Ona görə ki, bu ölkə öz prezidenti ilə həmişə inkişafın, haqqın, ədalətin yanında olub. Bundan sonra da belə olacaq. Və bir bir xalq olaraq Ulu Öndərimizin bütün arzu və istəklərini zaman-zaman gerçəkləşdirəcəyik. Onun xilaskarı və qurucusu olduğu dövlətin bayrağı həmişə yüksəklərdə dalğalanacaqdır.

Nəsib Məhəməliyev

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!