Komitə sədri: “Azərbaycanda feministlər olmayıb, biz öz hüquqlarımızı kişilərlə bərabər almışdıq”

2019-06-14 11:32:53 / 2642 dəfə oxunub

"Azərbaycanda gender bərabərsizliyinin aradan qaldırılması üçün ilə təkmil normativ hüquqi baza var. Bu qanunların qəbul edilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olub. Çünki vaxtilə Milli Məclisin deputatı olub, fəallığı ilə seçilib. Ölkədə "heç kəsin geridə qalmaması” prinsipilə addımlar atılır. Prezident İlham Əliyevin fərman və sərəncamlarının əsasını bu amil təşkil edir”.

Modern.azxəbər verir ki, bunu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ölkənin bir sıra yerlərində qadın assosiasiyaları fəaliyyət göstərir:

"Ölkədə sahibkarların 30 faizi qadınlardır. Əvəllər bələdiyyə sistemində qadınların payı 3-4 faiz idi. Bu istiqamətdə maarifləndirmə işi apardıq. Məqsəd o idi ki, qadınları bələdiyyələrə cəlb edək. Hazırda bələdiyyə sisteminin 35 faizini qadınlar təşkil edir. Qadınların özünə inamını gücləndirmək lazımdır. Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Birinci vitse-prezidentin fəaliyyəti bizim üçün örnəkdir”.

H.Hüseynova xatırladıb ki, 101 il əvvəl Azərbaycan qadınları seçmək və seçilmək hüququ əldə ediblər:

"Bir çox Avropa ölkələrində qadınlar bu hüququ 1940-cı illərdə əldə etdilər. Bizim qadınlarımız ictimai həyatda uğurlu yol keçiblər. Digər ölkələrlə müqayisə edəndə deyirəm ki, Azərbaycanda feministlər olmayıb. Çünki biz öz hüquqlarımızı kişilərlə bərabər almışdıq. Ona görə kişilərlə bərabər çalışırıq. Bizə ehtiyac yox idi, mübarizə aparaq”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!