Azərbaycanlıların əcnəbilərlə nikah bağlaması halları azalıb

2019-06-14 15:13:19 / 2808 dəfə oxunub

Azərbaycan vətəndaşlarının əcnəbilərlə bağladığı nikahların sayı azalıb.

Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Bu ilin yanvar-fevral ayları ərzində 140 nəfər Azərbaycan vətəndaşı olan qadın əcnəbi ilə nikaha daxil olub.

Azərbaycanlı qadınlarla nikaha daxil olan daha çox Rusiya, Türkiyə və Gürcüstan vətəndaşlarıdır.

Ötən dövr ərzində qadınlarla yanaşı, Azərbaycan vətəndaşı olan kişilərin də əcnəbi qadınlarla nikah bağlaması halları azalıb.

2014-cü ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı 1499 olub. Sonrakı illərdə isə bu rəqəm getdikcə azalıb.

2015-ci ildə 1281 nəfər, 2016-cı ildə 1121 nəfər, 2017-ci ildə 1158 nəfər, 2018-ci ildə 1060 nəfər, 2019-cu ilin yanvar-fevral ayları ərzində 132 nəfər Azərbaycan kişisi əcnəbi qadınla ailə qurub. Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!