Şuranın dəstəyilə azsaylı xalqların nümayəndələri arasında milli ailə dəyərləri təbliğ edilir

2019-06-18 09:40:28 / 2335 dəfə oxunub
"İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Regionda azsaylı xalqların nümayəndələri arasında milli ailə dəyərlərinin təbliği” layihəsini icra edir.
 
 
Layihə çərçivəsində Zaqatala rayonunun Car kəndində ilk tədbir keçirilib.
Tədbirdə Car kənd bələdiyyəsinin icra nümayəndələri Eldar Arasov, Abdulla Borayev və kənd sakinləri iştirak ediblər. Tədbirin işi Şura tərəfindən monitorinq edilib, monitorinqi Milli QHT Forumunun Qəbələ Regional QHT Resurs və Təlim Mərkəzinin nümayəndəsi aparıb.
 
 
"İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyinin sədri və layihə rəhbəri Elşən Musayev layihə haqqında məlumat verərək ailə dəyərlərinin və adətlərinin qorunub saxlanılmasının, gənc nəslə ötürülməsinin əhəmiyyətindən danışıb.
 
 
Elşən Musayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına xidmət edir. 
 
 
Dövlətimiz üçün əsas dəyərlərin Azərbaycanın milli dəyərləri olduğunu qeyd edən layihə rəhbəri ailənin hərtərəfli inkişafı üçün dövlətimiz tərəfindən şəraitin yaradılmasına, onların müxtəlif problemlərinin həllinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!