Şəhid ailəsindən vərəsələrə hörmətsizlik

2019-06-18 16:20:42 / 2165 dəfə oxunub

"Vətəndaş Könül Yusifqızının bəzi sosial şəbəkə səhifələrində yayılmış videomüraciətində o, şəhid ailəsi kimi növbədəkənar mənzillə təmin edilməsini istəyir". SABAHİNFO.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib. Onun sözlərinə görə, hər bir şəhid ailəsi dövlətin qayğısı ilə əhatə olunub və onların sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılmaqla, mənzillə təmin olunmaları sahəsində də işlər ildən-ilə gücləndirilir: "K.Yusifqızı özü də qeyd etdiyi kimi, anası Məmmədova Suvara İsfəndiyar qızı şəhid ailəsi kimi 2014-cü ildə Abşeron rayonunda mənzil növbəsinə durub. Anası vəfat edib, hazırda atasının yeganə varisi odur. Mənzil növbəsinə götürülmüş şəhid ailəsi üzvü vəfat etdiyi halda isə, qanunvericiliyə əsasən, növbəlilik digər şəhid ailəsi üzvünün adına dəyişdirilməlidir. Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil növbəsinə götürülməsi kimi, növbənin dəyişdirilməsi də müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətindədir. Digər tərəfdən, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı yalnız növbəlilik prinsipi əsasında, tam şəffaf şəkildə həyata keçirilir".

F.Talıbov onu da bildirib ki, ötən il şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edilib, cari ildə isə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcək.

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!