Azərbaycan, Rusiya və İran arasında ortaq dəmir yolu müzakirə olundu

2019-06-18 17:10:54 / 581 dəfə oxunub

Azərbaycan, Rusiya və İran arasında dəmir yolunun birləşdirilməsi layihəsinin həyata keçirilməsi qərara alınıb.

Trend-in məlumatına görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak İranın İsfahan şəhərində keçirilən İran və Rusiya İqtisadi və Ticarət Əməkdaşlığı Birgə Komissiyasının 15-ci iclasında deyib.

Nazir bununla əlaqədar İran, Azərbaycan və Rusiya rəsmiləri arasında üçtərəfli görüşün yüksək səviyyədə keçəcəyinə ümid etdiyini qeyd edib.

A.Novak daha sonra əlavə edib ki, Rusiya və İran arasında kənd təsərrüfatı məhsullarının nəqli məqsədilə dəniz nəqliyyat xəttinin yaradılması planlaşdırılıb.

Daha sonra İran və Rusiya arasında ticarət dövriyyəsinin artdığını qeyd edən rusiyalı nazir bildirib: "2019-cu ilin 21 mart-20 aprel tarixləri arasında İran Rusiyaya 26 milyon dollar dəyərində məhsul ixrac edib, Rusiyadan isə 62 milyon dollar dəyərində məhsul idxal edib. Ötən ilin analoji dövrü ilə müqayisədə məhsul ixracı 9%, idxalı isə 62% azalıb".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!