“Elşad Barat Anara dedi, mənim Allahımsan...” – AYB-dən açıqlama

2019-06-18 17:20:42 / 2862 dəfə oxunub

"Bu gün Elşad Barat AYB-yə gəlmişdi. Anar müəllimlə görüşdü. Ona müsbət münasibətini bildirdi, dedi, siz mənim Allahımsız, öl desəniz, ölərəm, qal desəniz, qalaram, siz mənim bütümsünüz.”

Sabahinfo.az xəbər verir ki, bu sözləriKulis.az-a açıqlamasında AYB katibi Rəşad Məcid Elşad Baratın üzvlükdən uzaqlaşdırılması məsələsi ilə bağlı mətbuatda dolaşan söz-söhbətdən danışarkən bildirib:

"Anar müəllim də dedi, üzrxahlıq bildirsən və fikirlərində peşmançılığını dilə gətirsən, AYB-nin növbəti katiblik iclasında məsələyə baxarıq.”

Rəşad Məcid daha sonra bunları deyib:

"Amma Çingiz Abdullayev Elşadı məhkəməyə verməyə hazırlaşır. Ona görə də biz belə qərara gəldik ki, Çingiz müəllimin məhkəməsi sona çatsın, ondan sonra Elşadın AYB-yə qayıdıb-qayıtmayacağını müzakirə edək. O, birlikdə qalmaq istədiyini təkidlə arzulayır.”

AYB katibi açıqlamasında şair Salam Sarvanın onun haqqında yazdığı sərt fikirlərə də münasibət bildirib:

"Çox təəssüf edirəm ki, vaxtilə gözəl şeirlər yazmış Salam Sarvan indi vodkanın əsiridir. Onun nankorluğu barəsində əfsanələr dolaşır. Kamal Abdulla, Anar, AYB Salam Sarvana çox kömək edib, amma o onlara qarşı nankorluq edib. Məncə, belə adama baş qoşmağa dəyməz. Salam gənc yazıçılara araq içirdir. Onların psixologiyasına təsir göstərir. Orxan Həsənini, Rəvan Cavidi, digər gənc yazarları Salam Sarvandan uzaq durmağa çağırıram. O yolun sonu yoxdur.”


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!