Deputat: Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti sosial paket inqilabi addımdır

2019-06-19 10:30:47 / 1586 dəfə oxunub

Prezident İlham Əliyev tərəfindən ötən gün imzalanan növbəti sosial paket Azərbaycanda həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsidir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu addım Prezident İlham Əliyevin Azərbaycan xalqına olan diqqət və qayğısının bariz nümunəsidir: "2019-cu ildə cənab Prezident tərəfindən xalqın rifahının yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Cari ildə minimum əməkhaqqı, pensiyalar, tələbələrə verilən təqaüdlərin artırılması, problemli kreditlərin həlli və digər sosial məsələlərlə bağlı cənab Prezident tərəfindən mühüm fərman və sərəncamlar imzalanıb. Lakin dövlət başçısı bu islahatların davamlı olacağını bəyan edirdi və ötən gün bu islahatların davamı olaraq daha bir inqilabi addım atıldı”.

Deputat vurğulayıb ki, minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, o cümlədən dövlət qulluqçularının, müəllimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək:

"Digər mühüm məsələ odur ki, bu sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq. Prezident İlham Əliyev tərəfindən imzalanan bu inqilabi sərəncamlar bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosialyönümlüdür, vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlib".

A.Hüseynov əlavə edib ki, Azərbaycan dövləti inkişaf etdikcə, resursları, vəsaitləri artdıqca, vətəndaşlarımızın sosial rifahı daha da yaxşılaşacaq.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!