"Yüz minlərlə insanın maaşları 270-350 manat civarında artacaq"

2019-06-19 14:57:39 / 1551 dəfə oxunub
Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov "Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir" adlı məqalə yazıb.

Sabahinfo.az məqaləni təqdim edir:

"Prezident İlham Əliyevin sərəncamları ilə bir çox sahələrdə çalışan insanların əmək haqqı 40 faiz artırılır. Ən önəmlisi minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Bir neçə ay bundan əvvəl isə minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmışdı. Beləliklə toplam artım təxminən 100 faizə bərabər olmuşdur. Minimum əməkhaqqının artırılması nəticəsində yüz minlərlə insanların maaşları 270-350 manat civarında artmış olacaq.

Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamları ilə 2003-cü ildən bu yana əməkhaqqı və pensiyalar dəfələrlə qaldırılıb. Bu, faktdır. Lakin 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində daha cəsarətli və əhəmiyyətli addımlar atılması ilə səciyyəvidir. İnsanların rifahının yaxşılaşdırılmasını özünün siyasətinin əsas məqsədi hesab edən Prezident İlham Əliyev bunu real həyatda əyani şəkildə təcəssüm etdirir. Xalqın həyat səviyyəsi sözün həqiqi mənasında gündən günə yaxşılaşır. Bu isə insanların xəyallarını gerçəkləşdirməsi üçün daha geniş imkanlar yaradır.

Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir. Məqsədimiz bu gələcəyə doğru inamla və qətiyyətlə irəliləməkdir. İndi sözüm vaxtilə iqtidarda olub Azərbaycanın bu gününə böhtan atanlaradır. Onlar hakimiyyətdə olduqları dövrdə əməkhaqqının artırılması ilə əlaqədar bir fakt belə xatırlayırlarmı? Ümumiyyətlə AXC-Müsavat hakimiyyətinin siyasi leksikonunda əməkhaqqının artırılması, insanların həyatının yaxşılaşdırılması anlayışları vardımı? Əlbəttə ki, yox idi. Çünki iflasa uğramış, ölkəni ağır iqtisadi tənəzzül vəziyyətinə salmış keçmiş hakimiyyətin bu barədə düşünməyə nə həvəsi var idi, nə də imkanı. Xəzinədə pul yox idi. Dövlət büdcəsiz işləyirdi. AXC-Müsavat hakimiyyəti dünyaya əcaib nümunə göstərmişdi: büdcəsiz dövlət.

Törətdikləri biabırçılıqların heç yüzdən birini də təşkil etməyən sadaladığım faktların "müəlliflərinin” bugünkü firavan, müasir, inkişaf edən Azərbaycana böhtan atması insan əxlaqının eybəcərləşməsindən başqa bir şey deyil.

Nə qədər böhtan atsalar da, nankorluq etsələr də möhtəşəm Azərbaycan özünün işıqlı gələcəyinə doğru inamla irəliləyir, insanlar isə bunun faydasını görür və bundan sonra da görəcəklər".
Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!