Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə həsr olunmuş tədbir keçirilib

2019-06-20 11:47:56 / 918 dəfə oxunub
"İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Regionda azsaylı xalqların nümayəndələri arasında milli ailə dəyərlərinin təbliği” layihəsini icra edir.


Layihə çərçivəsində Zaqatala Mədəniyyət Mərkəzinin Kebeloba kənd klubunda tədbir keçirilib.

Tədbirdə "İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyinin sədri və layihə rəhbəri Elşən Musayev layihənin əsas məqsədinin gənclərin ailə dəyərlərinə marağının artırılması və gənclərə bu dəyərlərimizə sahib çıxmalarının vacibliyinin aşılanmasından ibarət olduğunun bildirib.

Layihə rəhbəri ailə dəyərlərinin və adətlərinin qorunub saxlanılmasının, yaşadılmasının və gənc nəslə ötürülməsinin əhəmiyyətindən danışıb.
Elşən Musayev Azərbaycanda sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasətinin təşkil etdiyini diqqətə çatdırıb. Dövlətimiz üçün əsas dəyərlərin Azərbaycanın milli dəyərləri olduğunu qeyd edən layihə rəhbəri ailənin hərtərəfli inkişafı üçün dövlətimiz tərəfindən şəraitin yaradılmasına, onların müxtəlif problemlərinin həllinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!