Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır

2019-06-20 10:25:16 / 590 dəfə oxunub

Dağlıq Qarabağın erməni icması Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə biz onlarla birlikdə yaşamağa hazırıq.

Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.

İcma rəhbəri bildirib ki, erməni icması azərbaycanlılarla bir yerdə yaşamağı dərk etməyənə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində sülh bərqərar olmayacaq: "Ona görə də biz bu mesajları çatdırmaqla onları başa salmaq istəyirik ki, bu münaqişədən daha çox ziyan görən elə erməni icmasıdır. Çünki onlar girov və əsarət altında saxlanılırlar”.

T.Gəncəliyev bildirib ki, erməni icması Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının bu cür mesajlarına reaksiya vermir: "Təəssüflər olsun ki, onlar bizim əlaqə yaratmaq, təmas qurmaq, dialoq aparmaqla bağlı fikirlərimizə reaksiya göstərmirlər. Bu da bir daha Ermənistanı və erməni icmasını nəzarətdə saxlayan Dağlıq Qarabağdakı qondarma rejimin nə qədər qeyri-konstruktiv mövqedə olduğunu göstərir”.(trend)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!