Biləsuvarda sahibkarlarla görüş keçirilib

2019-06-22 18:32:09 / 1976 dəfə oxunub
"Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Region sahibkarlarına vergi məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində 20 iyun 2019-cu il tarixində Biləsuvar rayonunda sahibkarlarla görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev bildirmişdir ki, layihənin əsas məqsədi regionlarda istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar həmçinin QHT-lər arasında vergi məcəlləsinə edilmiş dəyişiklərlə bağlı maarifləndirmə işinin təşkili və bu kateqoriyaya aid olan qruplara hesabatlarında yaranmış problemlərlə bağlı dəstək göstərməkdir. Daha sonra vergi sahəsində ekspert Sənan Mənsimli vergi məcəlləsinə edilmiş dəyişikliklər mövzusunda çıxış etmişdir. Görüşdə həmçinin region üzrə ərazi vergilər idarəsinin əməkdaşı Ramazan Məmmədov iştirak etmiş sahibkarların suallarını cavablandırmışdır. Görüş qarışıqlı müzakirələr formatında davam edib.

Qeyd edək ki, belə görüşlərin daha sonra Zərdab, Quba və Şamaxı rayonlarında keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!