Əkrəm İmamoğlu: "İstanbulda qanun və ədalət hökmranlıq edəcək"

2019-06-24 09:39:08 / 537 dəfə oxunub

İstanbulda qanun və ədalət hökmranlıq edəcək.

Bunu İstanbul bələdiyyəsinin yeni seçilmiş sədri Əkrəm İmamoğlu deyib.

Ə.İmamoğlunun sözlərinə görə, İstanbulda insanlar arasındakı qütbləşməni Cümhuriyyət Xalq Partiyası aradan qaldıracaq və onları birləşdirəcək:

"Mən İstanbul sakinlərinə söz verirəm ki, onları heş kəs aldada bilməyəcək və hər şey onların rifahı naminə ediləcək".

Qeyd edək ki, iyunun 23-də İstanbulda bələdiyyə seçkiləri keçirilib. Cümhuriyyət Xalq Partiyasından olan namizəd Əkrəm İmamoğlu 54,03 faiz səs çoxluğu ilə qalib gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ə.İmamoğlunu təkrar bələdiyyə seçkilərində qələbə çalması münasibətilə təbrik edib.(trend)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!