Məzahir Pənahov beynəlxalq konfransda iştirak edəcək

2019-06-26 12:12:50 / 2879 dəfə oxunub
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 27-28-də keçiriləcək Seçki İdarəetmə Orqanlarının 16-cı Avropa Konfransında iştirak etmək məqsədilə Slovakiya Respublikasına səfərə gedib.

MSK-dan verilən məlumaat görə, "Seçki mübahisələrinin həlli” mövzusunda keçirilən, dünyanın müxtəlif ölkələrindən çoxsaylı ali seçki qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, habelə beynəlxalq seçki ekspertlərinin də qatıldığı tədbir seçkilərə dair bir sıra məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

Avropa Şurası Venesiya Komissiyasının rəhbəri Tomas Markertin dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində sədr M.Pənahovun seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı faydalı əməkdaşlıq və maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!